19.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

"Sərşəhər Məscidi" tarix-memarlıq abidəsi bərpa ediləcək

19 yan 2025 16:00
GÜNDƏM
ads

Ordubad şəhərində yerləşən "Sərşəhər Məscidi" tarix-memarlıq abidəsinin bərpası üçün layihələndirmə işlərinə başlanılıb.

QÜTB.AZ xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, bununla bağlı müqavilə bağlanılıb. Müqaviləyə əsasən, “Sərşəhər Məscidi”, Sərşəhər meydanına giriş baş tağlarının bərpası və meydanın abadlaşdırılması işləri həyata keçiriləcək. Nazirlik sözügedən işlərin icrasını "Storm Building” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib.

Qeyd edək ki, Sərşəhər məscidi XVIII əsrə aiddir. İkimərtəbəli məscidin mehrabı, ağac sütunları, şəbəkəli pəncərələri və meydanı var. 1986-cı ildə bərpa və təmir edilib, meydan kompleksi şəklinə salınıb. Məscid Nazirlər Kabinetinin 2001-ci 2 avqust tarixli qərarı ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
139 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur