29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Ehtiyatda olan polkovnik:

04 avq 2022 09:49
GÜNDƏM
ads

44 günlük Vətən müharibəsindən sonra Ermənistan istər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində, istərsə də dövlət sərhədində tez-tez təxribatlara əl atırdı. Düşünürəm ki, ordumuzun "Qisas" əməliyyatı vaxtında və yerində atılan addım oldu".

Bunu  Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki, hərbi ekspert Şair Ramaldanov deyib.

O xatırladıb ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev dəfələrlə üçtərəfli bəyanatın bəndələrinin yerinə yetirilməməsi ilə bağlı xəbərdarlıqlar etmişdi:

"Cənab Prezident son müşavirədə məhz üçtərəfli bəyanatın 4-cü bəndinin yerinə yetirilməməsi ilə bağlı öz iradlarını bildirərək ciddi xəbərdarlıq etdi. Azərbaycan bu məsələnin bundan sonra uzanmasına imkan verməyəcək. Dövlət başçısı bu mesajı açıq şəkildə bütün tərəflərə çatdırdı. Bundan sonra qarşı tərəflər hərəkətə keçdi, hətta sentyabradək məsələnin həlli ilə bağlı zaman istənildi. Rusiya Prezidenti və Ermənistan Baş naziri arasında telefon danışıqları da oldu".

Ş.Ramaldanov vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı təxribatlarına təbii ki, adekvat cavablar verilməli idi: "Artıq düşmən ciddi itkilərlə üzləşib. Biz bunu Müdafiə Nazirliyinin yaydığı videogörüntülərdən də görə bilirik. Bu, artıq Ermənistan rəhbərliyinin proseslərin hansı istiqamətdə getdiyi barədə düşünməsinə və tez qərar verməsinə təsir edəcək".

Ehtiyatda olan polkovnik söyləyib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində Ermənistanı ağır məğlubiyyətə düçar etməsi ermənilərə ciddi dərs olub, amma buna baxmayaraq təxribatlarından əl çəkmirlər: "Ermənistanda hərbi-siyasi rəhbərlik heç vaxt müstəqil olmayıb, hər zaman da xarici lobbilərin diqtəsi ilə idarə edilib. Revanşist qüvvələr Ermənistanda yetərincə mövqeyə sahibdir. Ancaq sizi əmin edirəm ki, "Qisas" əməliyyatı onlara ağır dərs olacaq. Nə qədər ki, qanunsuz erməni silahlı dəstələri Azərbaycan ərazisində olacaq, ölkəmizə qarşı həmişə də belə təxribatlar törədiləcək. Onlar həmin ərazilərdə xidmət edən vətəndaşlarımıza, hərbiçilərimizə təhlükə mənbəyidir. Rusiya sülhməramlı qüvvələri müvəqqəti yerləşdiyi ərazilərdə ola-ola bu təxribatın baş verməsi bir daha onu göstərir ki, sülhməramlılar prosesə tam şəkildə nəzarət etmirlər. Azərbaycan Ordusu düşmənin istənilən təxribatının qarşısını almağa hazırdır və adekvat cavab verərək erməniləri ağır günə qoyacaq".

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur