"İnter"in 2024/25 mövsümü üçün yeni formasını təqdim edib.
Publika.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Əsas fərq "İnter"in klub tarixində 20-ci çempionluqdan sonra gətirdiyi ikinci ulduzdur. Formanın istehsalçısı "Nike"dır.
İkiulduzlu versiyada ilk dəfə olaraq loqo ikirəngli formanın ortasında işlənib. Ön hissədə “neradzurri”nin yeni sponsoru da yer alıb.
Formanın təqdimatında Lautaro Martinez, Alessandro Bastoni və Nikolo Barella, həmçinin "İnter"in iki qadın futbolçusu Kyara Robustellini və Annamaria Serturini iştirak ediblər.
Heybət