“Mançester Siti” penaltilər seriyasında “Mançester Yunayted”i məğlub edərək İngiltərə Superkubokunun qalibi olub.
QÜTB.AZ xəbər verir ki, hesabı 82-ci dəqiqədə “M. Yunayted”in futbolçusu Alexandro Qarnaço açıb. Matçın 89-cu dəqiqəsində Bernardo Silva hesabı bərabərləşdirib.
Penaltilər seriyası 7:6 hesabı ilə başa çatıb. Həlledici zərbəni “M. Siti”nin futbolçusu Manuel Akanji qoyub.
Bununla da, “Mançester Siti” İngiltərə Superkubokunun qalibi olub.