Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin 2-ci turunun Danimarka – İngiltərə görüşü başa çatıb.
Publika.az xəbər verir ki, C qrupunun oyununda heç-heçə qeydə alınıb – 1:1.
Matçda hesabı ingilislər açıb. 19-cu dəqiqədə Harri Keyn fərqlənib. 34-cü dəqiqədə isə “status kvo” bəpra olunub. Morten Yulman adını tabloya yazdırıb.
Qeyd edək ki, bu qarşılaşmanın UEFA nümayəndəsi həmyerlimiz Könül Mehdiyeva olub.
AÇ-2024
C qrupu
20 iyun
Danimarka – İngiltərə 1:1
Qollar: Yulman, 34 – Keyn, 18.
Baş hakim: Artur Dias (Portuqaliya).
Frankfurt, “Valdştadion”.
Xal: İngiltərə – 4. Sloveniya – 2. Danimarka – 2. Serbiya – 1.