01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

İranın prezident seçkilərinə mane olanlar: Kanada icazə vermədi

29 iyn 2024 10:00
GÜNDƏM
ads

İranda keçirilən növbədənkənar prezident seçkilərində dünyanın müxtəlif ölkələrində yaşayan İran vətəndaşlarının səs verməsi üçün seçki məntəqələri açılıb.

Publika.az bu barədə "Tehran Times"a istinadən xəbər verir.

Cənubi Koreya, Yaponiya, Türkiyə, Küveyt, BƏƏ, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Fransa, Almaniya və Yunanıstan da daxil olmaqla onlarla ölkədə seçki məntəqələri seçicilərin ixtiyarına verilib.

İlk olaraq Yeni Zelandiya və Avstraliyada, daha sonra Asiya, Avropa və Afrikadakı iranlılar saat qurşaqları fərqini nəzərə alaraq səs veriblər.

Tehranla münasibətləri gərgin olan Kanada isə öz ərazisində yaşayan iranlıların səs verməsinə icazə verməyib. Səsvermə hüququ olan iranlı seçicilərə ABŞ-Kanada sərhədində yerləşən seçki məntəqələrinə getmələri tövsiyə olunub.

“İnsan haqları müdafiəçisi roluna iddialı olan Kanada bu prosesə mane olan yeganə ölkə olub. Bu, açıq şəkildə 100 mindən çox iranlı seçicinin seçkilərdə iştirakına mane oldu”, - İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Bakeri Kani bildirib.

Qərb ölkələrində səs verməyə çalışan iranlı seçicilərə qarşı bir neçə təqib və zorakılıq halları barədə məlumatlar var. İnternetdə separatçı və ya monarxist qruplarla əlaqəsi olduğu güman edilən insanların seçki məntəqələrinin yaxınlığında bayraqlar dalğalandırdığı və seçiciləri təhqir etdiyinə dair məlumatlar yayılır.

Adəm Abbaslı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur