01.09.25 | Bakı 26.03° C |
10:06:25
Lent :

14 yaşlı uşağa işgəncə verilib? - Araşdırma başladıldı

01 sen 2025 11:00
GÜNDƏM
ads

Valideynlərini itirən uşağa qohumları tərəfindən ağır işgəncələr verildiyi barədə xəbərlər yayılıb.

Qutb.az xəbər verir ki, bu barədə sosial şəbəkədə “Qadın və Uşaq Sığınacağı” tərəfindən görüntülər paylaşılıb.

İddia edilir ki, yeniyetmənin 14 yaşı var və davamlı olaraq ağır işgəncələrə məruz qalıb: “Anası həyatını itirib, atası isə həbsxanada dünyasını dəyişib. Adının çəkilməsini istəməyən şəxslər bildiriblər ki, uşağı qəyyumluğa götürən xalası ona davamlı olaraq işgəncə verib. Uşağa qarşı aylardır zorakılıq edilib…”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən açıqlamada deyilir ki, Bakı şəhəri, Sabunçu rayon ərazisində baş vermiş hadisə ilə bağlı dərhal aidiyyəti qurumlarla əlaqə saxlanılıb. Hazırda uşağın olduğu ailəyə Sabunçu Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən baxış həyata keçirilir. Hadisə ilə bağlı digər məlumatlar araşdırma gedişatında bəlli olacaq.

DİN-in Mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli isə bildirib ki, məsələ ilə bağlı polis tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsi ilə bağlı hadisəyə hüquqi qiymət veriləcək.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
26.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur