Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin şəhid baş giziri, kəşfiyyatçı-istehkamçı Mehrab Niftəliyevin xanımı Vüsalə Niftəliyevanın (Mehrab Vüsalə) "Facebook" profili oğurlanıb.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Vətən Müharibəsi şəhidi Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənova hüquq-mühafizə orqanlarına sosial şəbəkədə müraciət ünvanlayıb.
"Şəhid xanımı Mehrab Vüsalə xanımın profili oğurlanıb. Hazırda profildə özü deyil. Mənim də profilim oğurlanmışdı, Abşeron rayon polis idarəsinə şikayət etdim, şikayətimə baxılmadı. Bu dələduz şəhid ailələrindən pul oğurlayıb. Sübutlarım var. Kartlardan, hesablardan pulumuzu çəkib. Bu alçağı tapıb cəzasını verin. "Forex" hesabında guya qazanc gətirən yatırımla camaatı aldadır, pulunu alır, sonra da blok edir. Məndə nömrə də var, bütün sübutlar da. Şəhid ailəsinin şikayətinə baxılmırsa, bu qanunlar, hüqüqlar nəyə lazımdır? Kibercinayətkarlığa qarşı mübarizə idarəsi hara baxır?", -o deyib.
Milli.Az