10.04.25 | Bakı 11.03° C |
15:58:08
Lent :

III Beynəlxalq Minatəmizləmə Konfransı başa çatdı: bəyannamə qəbul edildi - YENİLƏNDİ

31 may 2024 15:00
GÜNDƏM
ads
Advertisement

Bakıda keçirilən “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusuna həsr olunmuş III Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb.

Publika.az xəbər verir ki, konfransın yekunlarına dair bəyannamə qəbul edilib.

Bəyannaməni BMT İnkişaf Proqramının qlobal minatəmizləmə və inkişaf məsləhətçisi Steynar Essen oxuyub.

“Mina çirklənməsinin ətraf mühitə təsir etdiyini qəbul edərək, müvafiq tədbirlər vasitəsilə minaların çirklənməsinin potensial mənfi təsirlərinin qarşısının alınması və yumşaldılması çox vacibdir”, - bəyannamədə qeyd edilib.

Sənəddə mina qurbanlarına kömək etmək, mina təmizlənməsi və risklər barədə məlumat vermək, texniki, maliyyə və maddi yardım, kadr hazırlığı da daxil olmaqla adekvat və müvafiq mənbələrin ayrılmasına çağırış əks olunub. Bununla yanaşı, mina əleyhinə fəaliyyət metodları və texnologiyaları sahəsində tədqiqat və inkişafı təşviq etməyin zəruriliyi vurğulanıb.

***

“Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusuna həsr olunmuş III Beynəlxalq Minatəmizləmə Konfransının ikinci günü başlayıb.

Publika.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə keçirilir.

Konfansın ikinci günü Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun çıxışı ilə başlayıb.

Qeyd edək ki, konfransın birinci günü Zəngilanda baş tutmuşdu.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur