Portuqaliyalı müdafiəçi Pepe karyerasını bitirə bilər.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Rudi Qaletti məlumat yayıb.
Onun verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı klubları azad agent statusunda olan oyunçuya maddi baxımından sərfəli təkliflər göndərirlər. Lakin portuqaliyalı futbolçu kimi peşəkar karyerasını bitirməyə meyillidir.
Pepe ilə İspaniya “Selta”sının maraqlandığı haqda xəbərlər də yayılıb.
Xatırladaq ki, Pepenin son klubu “Porto” olub. Futbolçu 2019-cu ilin yanvarında azad agent kimi "Beşiktaş"dan Portuqaliya klubuna keçib. Ötən mövsüm müdafiəçi bütün turnirlərdə 34 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. O, karyerası ərzində "Real"da da çıxış edib.
Heybət