“Arsenal”ın və Almaniya yığmasının keçmiş qapıçısı Yens Leman “Oktoberfest” şənliyindən sonra müvəqqəti olaraq sürücülük vəsiqəsindən məhrum edilib
QÜTB.AZ xəbər verir ki, bu barədə “t-online.de” məlumat yayıb.
Mənbənin sözlərinə görə, sentyabrın 23-nə keçən gecə əfsanəvi futbolçu ağır sərxoşluq əlamətləri ilə Münhenin mərkəzində nəqliyyat polisi tərəfindən saxlanılıb. Lemann alkotester testindən keçə bilməyib və sürücülük imtiyazları ləğv edilib.
Lemann futbolçu karyerası ərzində “Arsenal”dan başqa “Şalke”, “Borussiya Dortmund”, “Ştutqart” və “Milan”da çıxış edib. Almaniya millisinin heyətində 61 oyun keçirib və 2002-ci il dünya çempionatının gümüş mükafatçısı olub.