29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

ABŞ-ın borc limiti: Maliyyə naziri xəbərdarlıq etdi

28 dek 2024 11:00
GÜNDƏM
ads

ABŞ-ın maliyyə naziri Canet Yellen borc limitinin 14-23 yanvar tarixləri arasında həll edilməsinin gözlənildiyini bildirib və Konqresi tədbir görməyə çağırıb.

QÜTB.AZ xəbər verir ki, Yellen ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Consona borc limiti ilə bağlı məktub yazıb.

Yellen 2023-cü ilin iyun ayında qüvvəyə minən fiskal məsuliyyət Qanunu ilə borc limitinin 1 yanvar 2025-ci il tarixinə qədər dayandırıldığını xatırladıb:

“Bununla belə, yanvarın 2-də ödənilməmiş borc məbləğində təxminən 54 milyard dollar azalma gözlənilir. Hazırda xəzinədarlıq 14-23 yanvar tarixləri arasında yeni limitə çatacağını proqnozlaşdırır. Bu tarixdə xəzinədarlıq fövqəladə tədbirlər görməyə başlamalıdır”.

Birləşmiş Ştatlarda borc limiti və ya borc tavanı ABŞ hökumətinin cari qanuni öhdəliklərini yerinə yetirmək üçün borc götürməyə icazə verdiyi pulun ümumi məbləği deməkdir.

ABŞ Xəzinədarlığı Konqresin müəyyən etdiyi limitə çatana qədər borc götürmək səlahiyyətinə malikdir.

Əgər borc həddinə çatarsa, federal hökumət borcun məbləğini artıra bilməz, yalnız əlində olan pul və gəliri xərcləyə bilər. Limitin artırılması üçün qanun qəbul edilərək Konqresdən icazə alınmalıdır.

ABŞ-da federal hökumət sonuncu dəfə 2023-cü ilin əvvəlində 31,4 trilyon dollarlıq borc həddinə çatıb. ABŞ-ın hazırkı borcu 36,1 trilyon dollar təşkil edir.

Aysel Şahmar

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur