“İnter” azarkeşləri polisə hücum ediblər.
Publika.az xəbər verir ki, hadisə A Seriyasının XXIII turunda “Yuventus”la derbi oyunundan (1:0) sonra baş verib.
Fanatlar stadionun yaxınlığında polisə hücum çəkiblər. Nəticədə hüquq mühafizə orqanlarının maşınlarından birinə ziyan dəyib. Bundan əlavə, tərəfdarlar qonaq azarkeşləri daşıyan avtobusa da fişənglər atıblar. İnsident nəticəsində 50-yə yaxın “İnter” azarkeşi saxlanılıb.
Xuliqanlıq edən fanatlarla bağlı yekun qərarı məhkəmə verəcək.
Heybət