Dünən baş rollarda Bergüzar Korel ilə Caner Cindorukun oynadığı "Düyün" serialının təqdimat mərasimi olub.
Publika.az Türkiyə mediasına istinadla xəbər verir ki, serial fevralın 23-də "Prime Video" platformasında təqdim olunacaq.
8 bölümdən ibarət detektiv triller serialında, həmçinin İbrahim Səlim, Ece Dizdar, İtır Esen, Kaan Mirac Sezen, Beyza Şekerci, Umut Karadağ, Elif Uslusoy, Mina Derman və Merve Nur Bengi rol alıb. Can Ülkayın rejissorluq etdiyi serialın premyerasında aktrisa ekran işi barədə verilən suallara cavab verib.
O bildirib ki, serialda haqq-ədalət carcıçı olan bir jurnalisti canlandırıb.
Qala gecəsinə kənarları kəsikli qara midi libasda gələn ulduz yeriməkdə çətinlik çəkib. Bu zaman ona stilisti yardım edərək paltarı aşağı dartıb.