29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Dani Alveşin vəkilindən yeni versiya: Cəzasına təsir edəcək?

18 yan 2024 07:00
İDMAN
ads

"Barselona"nın sabiq müdafiəçisi Dani Alveşin qalmaqallı zorlama işi ilə bağlı yeni məlumatlar ortaya çıxıb.

Publika.az xəbər verir ki, braziliyalının vəkili İnes Qvardiola ilk dəfə olaraq istintaqa futbolçunun cinayət törətdiyi gecə sərxoş olması və onun düşünmə qabiliyyətinə təsir etməsi versiyasını təqdim edib. Məhkəmə onu təqsirli hesab edərsə, bu hal Alveşin cəzasını yüngülləşdirə bilər. Vəkil iddia edir ki, müdafiəçi əməllərindən xəbərsiz olub.

Sərxoşluq versiyası, futbolçu tərəfinin istintaqa təqdim etdiyi ardıcıl beşinci versiya idi. Həbs edildikdən sonra o, zərərçəkmişi tanımadığını iddia edib. Daha sonra gecə klubunun tualetində gənc qızla rastlaşdığını və aralarında heç bir şey olmadığını söyləyib. Hakim onun izahatlarını bioloji sübutlarla müqayisə etdikdə qızın özünün oral seksə razılıq verdiyini bildirib.

Xatırladaq ki, Alveş 2022-ci ilin dekabrında Barselona gecə klubunda qıza təcavüz etməkdə ittiham olunaraq 2023-cü ilin yanvarında həbs edilib. Bundan əvvəl KİV prokurorların braziliyalıya 9 il həbs cəzası tələb etdiyi barədə məlumat yayıb. Öz növbəsində zərərçəkənin vəkili Dani üçün 12 il həbs istəyəcək - bu, İspaniyada zorlamaya görə maksimum cəzadır.

Heybət


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur