Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının (World Athletics) prezidenti britaniyalı Sebastyan Kou Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbəri olmağı düşünəcəyini bildirib.
Bundan əvvəl BOK-un rəhbəri Tomas Baxın yeni müddətə seçilməyəcəyi məlum olub. Təşkilatın yeni rəhbəri üçün seçkilər 2025-ci ilin martında keçiriləcək.
“Mən həmişə açıq demişəm ki, belə bir fürsət yaranarsa, bu barədə ciddi düşünəcəyəm. Açığı, mən belə edəcəyəm, çünki indi belə bir fürsət yaranıb. Mən həyatımın çox hissəsini olimpiya hərəkatında keçirmişəm”, – deyə Kounun sözlərini “Daily Mail” nəşri sitat gətirib.
67 yaşlı Kou 2015-ci ildən Dünya Atletikasına rəhbərlik edir. Britaniyalı 1500 metr məsafəyə qaçışda ikiqat Olimpiya çempionudur (1980, 1984).