“Napoli” rəhbərliyi Çempionlar Liqasının 1/8 final mərhələsinin “Barselona” ilə fevralın 21-də keçiriləcək ev oyununda komanda zəif çıxış edəcəyi təqdirdə, klubun baş məşqçisi Valter Matsarini istefaya göndərmək qərarına gəlib.
Publika.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Mənbənin sözlərinə görə, Matsari istefaya göndərilsə, böyük ehtimalla onu “Milan” və “Sampdoriya”nın sabiq çalışdırıcısı Marko Campaolo əvəz edəcək.
Xatırladaq ki, Matsarinin müqaviləsi bu mövsümün sonuna kimidir.
İtaliya A Seriyasında 24 turdan sonra “Napoli” 36 xal toplayıb və hazırda 10-cu yerdədir.
“Napoli” – “Barselona” matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.