Peşəkar Tennis Assosiasiyası (ATP) Səudiyyə Ərəbistanı Suveren Fondu (PIF) ilə müqavilə imzalayıb.
Publika.az xəbər verir ki, PIF növbəti bir neçə il ərzində kişilərin ATP reytinqinə sponsorluq edəcək. Fond həmçinin "Indian Wells", Mayami, Madrid, Pekin turnirləri və Final Turniri ilə də əməkdaşlıq edəcək.
ATP ilə tərəfdaşlıq PIF-in ilk böyük tennis sponsorluğu müqaviləsidir. Jurnalist Con Uorteymin sözlərinə görə, müqavilənin dəyəri 5 il ərzində qüvvədə olacaq. Hər il üçün ödəniləcək məbləğ 100 milyon dollardır.
Səudiyyə fondunun WTA qadın təşkilatı ilə əməkdaşlıq edib-etməyəcəyi hələlik məlum deyil.
Heybət