Aprelin 28-də "İnter" çempion kimi A Seriyasının 34-cü turunun matçında "Torino"nu qəbul edəcək.
Publika.az xəbər verir ki, A seriyası tarixində ilk dəfə olaraq matçı tam olaraq qadınlardan ibarət hakimlər briqadası idarə edəcək. Baş hakim 33 yaşlı Maria Sole Ferrieri Kaputi olacaq. Ona Franseska Di Monte və Tiziana Traskiatti kömək edəcək.
Ferrieri Kaputi karyerası ərzində A Seriyasında 9 oyun idarə edib ki, onlardan 6-sı bu mövsümdə reallaşıb. Bu görüşlərdə 33 yaşlı hakim 38 sarı və 1 qırmızı vərəqə göstərib, həmçinin üç penalti təyin edib.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.
Heybət