"Bayern"in idman direktoru Maks Eberl yayda komandadan ayrılacaq "Liverpul"un baş məşqçisi Yurgen Klopp barədə danışıb.
Publika.az xəbər verir ki, Münhen klubunun rəsmisi alman mütəxəssisi komandaya dəvət etmək fikrində olmadığını bildirib:
“Klopp enerjisinin tükəndiyini söyləyəndə bunun nə demək olduğunu bilirəm. Bunu məndən daha yaxşı mühakimə edə bilən az adam var. Çünki mən bunu yaşadım. Buna görə də ona zəng etmək fikrində deyiləm”.
Qeyd edək ki, Yurgen Klopp məşqçilik karyerası boyunca “Liverpul”dan başqa “Ayntraxt Frankfurt”, “Maynts”, “Borussia Dortmund” klublarında çalışıb. O, mövsümün sonunda "qımızılar"ı tərk edəcəyini açıqlayıb.
Heybət