27.04.24 | Bakı 26.03° C |
14:04:03
Lent :

Bir öpüşün bədəli: Prokuror bu qədər həbs tələb edir

16:00 28.03.2024
İDMAN
ads

İspaniya Milli Məhkəməsinin prokurorluğu İspaniya Kral Futbol Federasiyasının (RFEF) keçmiş prezidenti Luis Rubialesin futbolçu Cennifer Hermosu öpdüyü üçün iki il yarım müddətinə azadlıqdan məhrum edilməsini istəyir.

Publika.az xəbər verir ki, bu barədə “El Pais” məlumat yayıb.

Ötən il Rubiales dünya çempionatının finalında qalib gəldikdən sonra mükafatlandırma mərasimi zamanı ispaniyalı futbolçunun razılığı olmadan onun dodaqlarından öpmüşdü.

RFEF-in keçmiş rəhbəri cinsi təcavüz və Hermosoya təzyiq göstərməkdə ittiham olunub.

İttiham tərəfi həmçinin İspaniyanın kişilərdən ibarət milli komandasının idman direktoru Albert Luque, qadınlardan ibarət millinin keçmiş baş məşqçisi Xorxe Vilda və RFEF marketinq şöbəsinin müdiri Ruben Riveraya futbolçuya təzyiq göstərdiklərinə görə 1 il yarım həbs cəzası istəyir.

Prokuror həmçinin təqsirləndirilən şəxslərin cəza çəkdiyi müddətdə idman sahəsində işləməkdən məhrum edilməsini xahiş edir.

Heybət


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    26.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az