David De Xea bir ildir yaşıl meydanlarda görünmür. İspaniyalı qolkiper "Mançester Yunayted"lə yollarını ayırdıqdan sonra komandasız qalıb.
Bununla belə, futbolçu işsizliyi özünə problem etmir. De Xea boşluqdan istirahət etməklə faydalanır. Baham adalarında dincələn 33 yaşlı qapıçı sosial şəbəkələrdə bir sıra fotolar yayımlayıb. O, Atlantik okeanının qumlu sahillərində gəzir, həyat yoldaşı və qızı ilə vaxt keçirir, eyni zamanda tennis oynayır.
Yay transfer pəncərəsinin açılmasına hələ kifayət qədər vaxt var. Bu o deməkdir ki, Davidin hələ bir müddət istirahət etmək imkanı var.