"Barselona" formasında daha bir müğənnini reklam edəcək.
Publika.az xəbər verir ki, kataloniya klubunun formasında Karol G-nin loqosu əks olunacaq. O, musiqiləri "Spotify"də ayda 50 milyondan çox yayıma malik olan kolumbiyalı müğənnidir. 2023-cü ildə portalda ən çox dinlənən ifaçıların onluğuna daxil olub.
"Diario Sport"un məlumatına görə, Karol G-nin loqosu tikanlı ürək formasında olacaq. Müğənninin əlində də belə döymə var. Bu, onun 2021-ci ildə üzləşdiyi çətinlikləri simvollaşdırmasından sonra ortaya çıxıb. Kolumbiyalı xanım jurnalistlər və ətrafındakı insanlarla problemlər yaşayıb və sevgilisindən ayrılıb.
Loqo əvvəlki hallarda olduğu kimi, "Barselona"nın formasının önündə yerləşdiriləcək. Karol G loqosu olan köynəklər klubun yaranma tarixinin şərəfinə məhdud sayda - 1899 ədəd satışa buraxılacaq.
Karol G Dreyk, Rosalía və "The Rolling Stones"dan sonra "Spotify" ilə əməkdaşlıq çərçivəsində "Barselona" formasında loqosu görünəcək dördüncü müğənni olacaq.