Rusiyalı müxalif siyasətçi Aleksey Navalnı Yamal rayonunun Xarp kəndinin xüsusi rejimli koloniyasına köçürüldükdən sonra ilk dəfə məhkəmə iclasında iştirak edib.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Navalnı rəsmi əlaqə yaradaraq Kovrov şəhər məhkəməsinin iclasına qatılıb.
Məhkəmə prosesi çərçivəsində onun dekabr ayına qədər saxlandığı Vladimir həbsxanasına qarşı iddiası müzakirə olunacaq.
Dekabrın 6-da Navalnının tərəfdarları onunla əlaqəni kəsildiyini bildiriblər. Vəkilə ilk dəfə olaraq Vladimir vilayətinin həbsxanasında saxlanılan siyasətçiyə baş çəkməyə icazə verilməyib.
Ertəsi gün Navalnı məhkəmə iclasında iştirak etməyib və növbəti iclaslar ləğv edilib.
Dekabrın 15-də federal penitensiar xidmət siyasətçinin Vladimir koloniyasından aparıldığını bildirib, 10 gün sonra onun Xarp kəndindəki müvafiq həbsxana kamerasında olduğu məlum olub.