Rusiyalı mütəxəssis Stanislav Çerçesov Qazaxıstan millisi ilə danışıqlar aparır.
Publika.az xəbər verir ki, Daha əvvəl məlum olmuşdu ki, Qazaxıstan milisinin baş məşqçisi Maqomed Adiyev “Axmat”la anlaşdıqdan sonra ailə səbəblərinə görə yığmanı tərk etmək qərarına gəlib.
İnsayder İvan Karpovun sözlərinə görə, o, Çerçesovu varisi kimi tövsiyə edib.
Yaxın vaxtlarda Rusiya millisinin keçmiş baş məşqçisi danışıqların son mərhələsi üçün Astanaya gedəcək. Mütəxəssisin milli komanda ilə gələcək müqaviləsində ildə 1,2 milyon avro maaş nəzərdə tutulur.
Qeyd edək ki, Rusiya mətbuatı Çerçesova Azərbaycan yığmasından da təklif gəldiyi iddiasını irəli sürmüşdü. Amma AFFA bu məlumatı təkzib etmişdi.