Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) ilhaq olunmuş Krımın "rəhbəri" Sergey Aksyonova qarşı sui-qəsdin qarşısını alıb.
Qutb.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə FTX məlumat yayıb.
Xidmət sui-qəsdin arxasında Ukrayna xüsusi xidmət orqanlarının dayandığını iddia edib.
"Aksyonova sui-qəsd UTX tərəfindən işə götürülən və Ukraynada təlim keçmiş rusiyalı tərəfindən cəhd edilib. Məlumata görə, o, Aksyonovun avtomobilini partlatmağı planlaşdırıb. Şəxs anbardan bombanın götürülməsi zamanı saxlanılıb", - deyə qeyd olunub.
Xatırladaq ki, Ukraynanın Krım regionu 2014-cü ildə Rusiya tərəfindən ilhaq olunub və Moskvaya tabe olan "rəhbər" təyin edilib.