21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların stadionları müəyyənləşib.
Publika.az xəbər verir ki, yığmanın martdakı qarşılaşmaları "Azərsun Arena"da baş tutacaq. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
U-21 martın 22-də İngiltərə, 26-da isə Ukrayna ilə üz-üzə gələcək. Matçların saatı hələlik bəlli deyil.
Heybət