02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Prezidentə müraciətlə bağlı komissiya yaradıldı

21 iyn 2024 08:00
GÜNDƏM
ads
Advertisement

Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə göndəriləcək müraciət mətninin hazırlanması üçün komissiya yaradılıb.

Publika.az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova parlamentin növbədənkənar sessiyası üzrə iyunun 21-də keçirilən iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sədr müavini Adil Əliyev komissiyasının sədri təyin edilib.

Deputatlar Siyavuş Novruzov, Tahir Rzayev, Eldar Quliyev, Fəzail Ağamalı, Elşən Musayev və Nigar Arpadarai komissiyasının üzvləri olub.

Komissiya artıq müraciət mətninin hazırlanması üçün işə başlayıb.

xxx

Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilib.

Publika.az xəbər verir ki, müraciəti Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Hikmət Məmmədov səsləndirib:

“2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri ilə dövlətimizin suverenliyi onun bütün ərzisində təmin edilib. Hazırda məcburi köçkün olmuş soydaşlarımız ləyaqətli şəkildə öz doğma torpaqlarına qayıdırlar. Mötəbər beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul edilməsi ölkəmizin beynəlxalq səviyyədə nüfuzunun göstəricisidir. Azərbaycanda COP 29 kimi nüfuzlu beynəlxalq tədbir keçiriləcək. Milli Məclis burada tam tərkibdə təmsil olunmalıdır. Milli Məclisə növbədənkənar seçkilər keçirilməldiir. 6-ci çağırış Milli məclisi Azərbaycanın siyasətini qanunverici sahədə dəstəkləmək, yerlərdə seçicilərlə müntəzəm iş aparmaq, milli maraqları beynəlxalq məkanda təəsübkeşliklə müdafiə etməklə bağlı ciddi işlər görüb. Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə müraciət məsələsinə baxılmasını xahiş edirəm”.

xxx

Yeni Azərbaycan Partiyasını (YAP) Milli Məclisdə təmsil edən deputatlar altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciəti Milli Məclisdə müzakirə edilir.

Publika.az xəbər verir ki, müraciəti deputat Hikmət Babaoğlu səsləndirib.

Müraciətdə qeyd edilib ki, indiki şəraitdə də Milli Məclis dövlətçilik nümunəsi göstərməli və seçkilərin daha erkən keçirilməsi təşəbbüsü ilə çıxış etməlidir: “YAP-ı Milli Məclisdə təmsil edən deputatlar 6-cı çağırış Milli Məclisin buraxılması üçün xahiş edir”.

xxx

Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi haqqında məsələ parlamentin bugünkü iclasının gündəliyinə daxil edilib.

Publika.az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova bildirib.

O qeyd edib ki, toplantının gündəliyindəki ilk məsələ Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə olacaq.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur