“Avtomobilimizi borca görə satmamışıq. Allah çox şükür, bu yaşımıza kimi borcumuz olmayıb. Evlə bağlı bankdan kredit götürmüşdük. Lakin pandemiya vaxtı anladıq ki, kredit götürüb sonra onu ödəmək çox çətin məsələdir. Bundan sonra kredit götürməyi dayandırdıq. Hazırda edə biləcəyimiz nə varsa onu kreditə girmədən nağd şəklində edirik”.
Publika.az xəbər verir ki, bu sözləri müğənnilər Sevil və Sevinc Səfərova bacıları qonaq olduqları “Qonaqcanlı” verilişində deyiblər.
Əkizlər avtomobillərini satması xəbərinə bu cür münasibət bildirib:
“Uzun zaman mənə avtomobil idarə etmək olmaz. Bu da mənim görməm ilə əlaqədardır. Avtomobil idarə etmədiyimə görə almırıq. Nəsib olar yenə avtomobil alaram. Gözüm çox zəifdir. Bacım Sevilin də gözü zəifdir. Bizim hər ikimizə maşın sürmək qadağandır. Borcumuz yoxdur, rahat olun. Biz çox yaxşıyıq”.