23.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Tramp Putini təhdid etmişdi: Moskvadan ilk açıqlama gəldi

23 yan 2025 11:00
DÜNYA
ads
Advertisement

Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov ABŞ prezidenti Donald Trampın ikinci müddətə Ağ Evə gəlişindən sonra ABŞ və Rusiya arasında münasibətləri dəyərləndirib.

QÜTB.AZ xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Ryabkov Donald Trampın qayıdışından sonra Vaşinqtonla münasibətlərin gözlənilməz olacağını qeyd edib:

"Yeni administrasiyanın razılıq səviyyəsi barədə nəsə demək çətindir. Hər mənada heç bir ümid verməyən Ağ Evin əvvəlki sahibi Co Baydenlə müqayisədə bu gün ABŞ ilə münasibətləri bərpa etmək üçün kiçik bir ehtimal var. Ona görə də, Vaşinqtonla yaxşı münasibətləri necə qurmağı, imkanları necə artırmaq və riskləri azaltmağı anlamaq vacibdir”.

Nazir Putin və Tramp arasında görüşlə bağlı hələlik razılığın əldə olunmadığını deyib: "Bunun üçün ölkədaxili hazırlıqlar davam edir. Vaşinqtondan daha aydın və qəti bir məlumat gələndə təqvim və təşkilatla bağlı məsələləri koordinasiya etməyə başlayacağıq”.

Ryabkov Rusiyanın ABŞ-a təyin etdiyi səfir üçün hələ də Vaşinqtondan razılıq almadıqlarını vurğulayaraq, təsdiq gözlədiklərini bildirib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin atəşkəs üçün danışıqlar masasına gəlməyəcəyi təqdirdə Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edəcəyini açıqlamışdı.

Roza

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
139 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur