Ruben Amorim "Mançester Yunayted" tarixində avrokubokların ilk dörd oyununun hamısında qalib gələn ikinci baş məşqçidir.
QÜTB.AZ xəbər verir ki, “qırmızı şeytanlar”ın çalışdırıcısı buna Avropa Liqasının 8-ci turunda FCSB-ni 2:0 hesabı ilə məğlub etməklə nail olub. Bununıa Amorim klubun əfsanəsi Aleks Ferqyusonun 1990/91 mövsümündəki rekordunu təkrarlayıb.
Qeyd edək ki, “Mançester Yunayted” Avropa Liqasının əsas mərhələsini 3-cü yerdə başa vurub və 1/8 funala vəsiqə qazanıb.
Qutb