29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Almeyda bunu bacaran 4-cü "Qarabağ"lı oldu

26 avq 2024 15:00
İDMAN
ads
Advertisement

Riçard Almeyda “Qarabağ”ın forması ilə Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.

QÜTB.AZ xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının 4-cü turuna təsadüf edib. O, “Turan Tovuz”la ev görüşündə (0:1) meydana çıxıb. Riçard 250 matçda 51 qola imza atıb.

2012/13 mövsümündən fasilələrlə “Qarabağ”da çıxış edən Almeydanın debütü 2012-ci il avqustun 5-nə təsadüf edib. O, “İnter”lə (indiki “Şamaxı”) səfər matçında (1:1) şans qazanıb.

Riçard Azərbaycan çempionatları tarixinə eyni klubda 250 və daha çox oyun keçirən 5-ci futbolçu kimi düşüb. Bu göstəricidə mütləq rekord onun sabiq komanda yoldaşı Maksim Medvedevə məxsusdur – 376 matç. Qara Qarayevlə Aslan Kərimov da “Qarabağ”da, Rahid Əmirquliyev “Xəzər Lənkəran”da “250”ni geridə qoyub.

Qutb

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur