AFFA İntizam Komitəsi “Turan-Tovuz-2” komandasının futbolçusu Budaq Nəsirov və qapıçısı Elxan Qasımovu sərt cəzalandırıb.
Publika.az xəbər verir ki, buna oyunçuların Əvəzedicilər Liqasının XX turunda “Səbail-2” ilə matçda təcavüzkar davranışa yol vermələri səbəb olub.
Komanda yoldaşlarını vuran futbolçular birbaşa qırmızı vərəqə aldıqları üçün 4 oyunluq diskvalifikasiya ediliblər. Tovuz təmsilçisi isə buna görə 600 manat cərimələnib.
"Turan Tovuz" rəhbərliyi də futbolçunu cəzalandırıb. Nəsirov komandanın düşərgəsindən uzaqlaşdırılıb.
Heybət