22.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Oğurluq edən millət vəkili istefa verdi

17 yan 2024 08:00
HADİSƏ
ads
Advertisement

Mağazalardan oğurluq edərkən təhlükəsizlik kamerasına düşən Yeni Zelandiya parlamentinin deputatı Golriz Qahraman günahını boynuna alıb və istefa verib.

Publika.az xəbər verir ki, Yeni Zelandiyada Yaşıllar Partiyasının deputatı Golriz Qahraman Oklend və Vellinqtondakı mağazalardan üç dəfə oğurluq etməkdə ittiham olunur.

O, Oklenddəki dəbdəbəli butikdən dizayner çantasını “oğurlaması” ilə bağlı təhlükəsizlik görüntüləri ortaya çıxdıqdan sonra hərəkətlərinə görə məsuliyyəti öz üzərinə götürüb və istefa verib.

İranda anadan olan 42 yaşlı Qahraman belə deyib: “Bu, izah edə biləcəyim bir davranış deyil, çünki bunun mənası yoxdur. Tibbi müayinədən sonra vəziyyətimin yaxşı olmadığını başa düşdüm. Psixi sağlamlıq mütəxəssisi dedi ki, mənim son davranışlarım həddindən artıq stressdən qaynaqlanır və əvvəllər tanınmamış travmalarla bağlıdır".

Polis dekabr ayında iddialarla bağlı istintaq başladıldığını açıqlasa da, istintaqda adı keçən şübhəlilərin kimliyi ilə bağlı açıqlama verməyib. Ailəsi ilə birlikdə İrandan Yeni Zelandiyaya sığınan BMT-nin keçmiş İnsan Haqları üzrə vəkili Qahraman 2017-ci ildə and içərək Yeni Zelandiya hökumətində vəzifəyə başlayan ilk qaçqın deputat olub.

Aysel Şahmar


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
133 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur