Əhəd Abıyevin səlahiyyətlərini kimi İCRA EDƏCƏK?
“Yaşı 60-dan yuxarı olan 5700-dən çox müəllimin sertifikasiya imtahanında iştirakla bağlı dəvəti geri götürülüb”.
Bunu bu gün keçirilən brifinqdə Təhsil İnstitutunun direktoru Rüfət Əzizov bildirib.
O qeyd edib ki, imtahanda 28 000-ə yaxın müəllim iştirak edəcək. Onların 8500 nəfəri Azərbaycan dili və ədəbiyyatı, 19 500 nəfəri isə ibtidai sinif üzrə prosesə cəlb olunacaq.
R.Əzizov əlavə edib ki, sertifikasiya imtahanı ölkə üzrə 13 şəhərdə, 23 mərkəzdə təşkil olunacaq. Gələcəkdə direktor və direktor müavinləri müsabiqəsində də sertifikasiya ballarından istifadə olunacaq və balı yüksək olan müəllimlərə üstünlük veriləcək.
Qeyd edək ki, iyunun 19-u baş tutacaq müəllimlərin sertifikasiya imtahanına qeydiyyat sabah saat 8:30-dan başlayır. Gün ərzində iki seans olacaq və imtahanlar iyunun 24-dək davam edəcək.