ABŞ Prezidenti Co Bayden Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxış edib.
QÜTB.AZ xəbər verir ki, bu, onun BMT kürsüsündən vida nitqi və yəqin ki, beynəlxalq səhnədəki son çıxışlarından biri olub.
Çıxış beş dəqiqəlik gecikmə ilə başlayıb və təxminən 25 dəqiqə davam edib. Hərçənd bu cür çıxışlar üçün rəsmi müddət 15 dəqiqədir.
Bayden çıxışında bir dəfə Putini, doqquz dəfə Ukraynanı xatırladıb və ABŞ-nin Kiyevə qələbəyədək dəstək verəcəyini bəyan edib. Qəzzada sülhə çalışanlar üçün isə tanrıdan kömək istəyib.
Məzmun baxımından ABŞ-nin 46-cı prezidenti gözlənildiyi kimi, yalnız dörd illik səlahiyyət müddətində əldə etdiyi nailiyyətlərə diqqət yetirib. Lakin bu müddətin "faciələrsiz ötüşmədiyini" də etiraf edib.
Ağ Evin rəhbəri digər mövzular arasında iqlimi, təhlükəli xəstəliklərlə mübarizəni və süni intellektin inkişafını qeyd edib:
"Gələcək illərdə bizim liderliyimiz üçün süni intellektlə necə davrandığımızdan daha böyük sınaq olmayacaq".