02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

"İsfahanda vurulan PUA-lar oyuncağa oxşayırdı" - Abdullahian

21 apr 2024 08:00
GÜNDƏM
ads

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İsfahandakı hərbi baza yaxınlığında vurulan pilotsuz uçan aparatların (PUA) oyuncağa bənzədiyini açıqlayıb.

Publika.az xəbər verir ki, "NBC News" telekanalına açıqlama verən nazir həmin PUA-ların İsrailə aid olub-olmamasının hələlik aydın olmadığını bildirib.

“Bu, hücum deyildi. Çox güman ki, İsfahandan havaya qalxan və casusluq etməyə çalışan bəzi mini dronlar bizim hava hücumundan müdafiə sistemimiz tərəfindən vuruldu. İsrail rejimi bizə qarşı hücuma başlamaq istəsə, biz ona daha sərt və daha dağıdıcı cavab verəcəyik", - deyə nazir vurğulayıb.

Xatırladaq ki, İran ötən həftə İsrailə geniş miqyaslı PUA və raket hücumu həyata keçirib. Cümə günü isə İranın İsfahan şəhəri PUA hücumunun hədəfi olub. Hücumun məsuliyyətini İsrail rəsmi olaraq öz üzərinə götürməsə də, dronların məhz İranın nüvə texnologiyasının yerləşdiyi bu şəhərə göndərilməsinin xəbərdarlıq olduğu iddia edilib.

İsrailin təsirli cavab verməməsi gərginliyin azalması kimi şərh edilib.

Ləman


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur