"Bayern"in və Almaniya yığmasının qapıçısı Manuel Noyer milli komandadakı karyerası ilə bağlı qərar verib.
Publika.az xəbər verir ki, o, 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatına (DÇ) qədər oynamağa davam etmək niyyətindədir. Bu barədə "Kicker" nəşri məlumat yayıb.
Noyer Avropa çempionatında Almaniya millisinin heyətində 5 oyunun hamısında iştirak edib, 4 qol buraxıb və 2 dəfə topu qapısında saxlayıb.
Qolkiper bundestimin heyətində 2009-cu ilin yayında debüt edib. O, milli komanda ilə birlikdə 2014-cü ildə dünya çempionu olmaqla yanaşı, 2010-cu il mundualının, 2012 və 2016-cı il Avropa çempionatlarının bürünc mükafatçısı olub.
Qeyd eədk ki, 38 yaşlı qolkiper "Bayern"də çıxış edir. Onun klub ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.
Heybət