31.12.24 | Bakı 5.03° C |
10:06:25
Lent :

Bakı və Ankara bu ideyadan əl çəkməyəcək

22 fev 2024 07:00
GÜNDƏM
ads

Sülh müqaviləsini imzalamaqdan hər vəchlə imtina edən Ermənistanda ictimai rəyə də təsir etməyə çalışırlar. Maraqlıdır ki, bu məsələdə hakimiyyətə və revanşistlərə yaxın politoloqlar eyni mövqedən çıxış edir, guya Azərbaycanın Ermənistan ərazilərini işğal edəcəyini iddia edirlər.

Publika.az xəbər verir ki, erməni ictimaiyyətini növbəti dəfə enerji təhlükəsizliyi üzrə ekspert Armen Manvelyan qorxudub.

“Zəngəzur dəhlizi məsələsi Azərbaycan və Türkiyə üçün nəqliyyat və ya iqtisadi deyil, siyasi və strateji əhəmiyyət kəsb edir”, - Manvelyan “NEWS.am”ın müxbiri ilə söhbətində bildirib.

Onun sözlərinə görə, bu, Azərbaycana Naxçıvana Sünik rayonundan keçən ən qısa çıxış imkanı verəcək.

“Azərbaycan gizlətmir ki, Süniki öz ərazisi hesab edir. Həm Azərbaycan, həm də Türkiyə bunu 44 günlük müharibədə qalib gəlməyin potensial faydalarından biri kimi görür və bu ideyadan əl çəkməyəcəklər”, - Manvelyan yekunlaşıdırb.

Tural


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur