“Transfermarkt” 2023-cü il sonunda transfer dəyərini ən çox itirən futbolçuların reytinqini təqdim edib.
Publika.az xəbər verir ki, birinci yerdə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Sadio Mane qərarlaşıb. O, 40 milyon avo dəyər itirib.
İkinci yerdə “Mançester Yunayted”in braziliyalı cinah oyunçusu Antoni qərarlaşıb. Onun transfer qiyməti də eyni məbləğdə düşüb.
2023-cü ildə ən çox dəyər itirən 10 futbolçu:
1. Sadio Mane (Əl-Nəsr) – 20 (-40) milyon avro.
2. Entoni (Mançester Yunayted) – 35 (-40) milyon avro.
3. Ceydon Sanço (Mançester Yunayted) – 25 (-35) milyon avro.
4. Uesli Fofana (Çelsi) – 32 (-33) milyon avro.
5. Mark Kukurella (Çelsi) – 25 (-30) milyon avro.
6. Joao Kanselo (Barselona) — 40 (-30) milyon avro.
7. Neymar (Əl-Hilal) – 45 (-30) milyon avro.
8. Meyson Maunt (Mançester Yunayted) – 45 (-30) milyon avro.
9. Nabil Fekir (Betis) – 12 (-28) milyon avro.
10. Robert Levandovski (Barselona) — 20 (-25) milyon avro.