ABŞ dövlət katibi Entoni Blinken HƏMAS və İsrail arasında əldə olunan atəşkəslə bağlı açıqlamalar verib.
QÜTB.AZ xəbər verir ki, Blinken HƏMAS-ın danışıqlar masasına qayıtması ilə bağlı regional aktorlarla çoxlu görüşlər keçirdiklərini və bu mövzuda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan kömək istədiklərini bildirib:
“Biz Ərdoğan kimi digər aktorların da yanına getdik və onlardan HƏMAS-ı yenidən masaya gətirmək və razılaşmanı yekunlaşdırmağa çalışmaq üçün öz təsirindən istifadə etməsini istədik”.
Həmçinin Blinken Qəzzada İsrail və HƏMAS arasında atəşkəsin bazar günü həyata keçirilməyə başlanılacağına tam əmin olduğunu bildirib.
O, Donald Tramp komandasının da bu prosesə töhfə verdiyini qeyd edib.
Roza