Türkiyənin “Sivasspor” klubunun futbolçusu Yunus Emre Konak karyerasını İngiltərədə davam etdirəcək.
Publika.az xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi “Brentford”a keçib. Bu barədə insayder Ertan Süzgün məlumat yayıb.
Premyer Liqa təmsilçisi gənc futbolçu üçün Sivas təmsilçisinə 5 milyon avro və əlavə bonuslar ödəyəcək.
Qeyd edək ki, Yunus Emre Konak “Sivasspor”un yetirməsidir. Müdafiəçi bu mövsüm əsas komandanın heyətində Superliqada meydana çıxdığı 17 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.