Mahir Emreli "Nürnberq"in düşərgəsində insident yaşayıb.
QÜTB.AZ xəbər verir ki, millimizin hücumçusu Yannik Hofmann və Finn Elçlə mübahisə edib. Bu barədə "Bild" nəşri məlumat yayıb.
Futbolçu Finnlə yüngül sözləşib, Hofmanna isə sərt oyununa görə narazılığını bildirib. Bundan sonra, əsəbiləşən Yannik Mahiri ingilis dilində təhqir edib.
Baş məşqçi Miroslav Klozenin köməkçisi Ceremi Polenz Almaniya mətbuatına açıqlamasında məsələyə aydınlıq gətirib:
"Belə emosiyaların olması pis deyil. Şifahi mübahisələrin olması normal haldır".
Qeyd edək ki, sentyabrında "Nürnberq" səfərdə "Hannover 96" ilə qarşılaşacaq.
Qutb