28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Moskva İrəvanda niyə məğlub olur?

12 iyn 2024 10:00
GÜNDƏM
ads

“Rusiyanın əlində böyük kartlar olmasına baxmayaraq, Ermənistanda dəstəyi niyə itirməsi düşündürücü sualdır”.

Publika.az
xəbər verir ki, bu barədə rusiyalı politoloq Dmitri Trenin deyib. Onun fikrincə, bu amil Rusiya xarici siyasəti üçün ciddi məsələdir.

“İqtisadi mövcudluğu, tarixi əlaqələri, emosional bağları və digər amilləri nəzərə alanda, bu qədər güclü olan Rusiyanın Ermənistanın siyasi, informasiya və digər sektorlarında passiv qalması suallar doğurur. Rusiyanın Ermənistandakı siyasəti son 6 ildə çox dəyişib.

Bunu dramatikləşdirməzdim, lakin fakt budur ki, dünya dəyişdiyi vaxtda biz köhnə fikirlərlə yaşayırıq. İmperiya və sovet dövrünü hazırki dövrlə, xüsusilə 2022-ci ildə dönüş nöqtəsindən sonrakı dövrlə müqayisə etsək, maraqların məzmununun xeyli dəyişdiyini görə bilərik.

Rusiyada hesab edirlər ki, Ermənistanın öz müqəddəratını təyin etməsi suveren hüququdur, lakin Moskva rəngli inqilabların ixracı ilə məşğul deyil, əksinə, Putin belə inqilablarla mübarizə aparır. Rusiya Ermənistandakı daxili siyasi vəziyyyəti diqqətlə izləyir, lakin buna müdaxilə etmir, yaxud mane olmur. Rəngli inqilablar edənlər başqa yerdə oturublar”, - Trenin vurğulayıb.

Asif


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur