ABŞ-ın Cənubi Kaliforniya elektrik şirkəti “Edison” Los-Ancelesdə davam edən yanğınlardan birinin şirkətin elektrik avadanlıqları tərəfindən törədildiyi iddiasına görə məhkəməyə verilib.
QÜTB.AZ xəbər verir ki, iddia Pasadena bölgəsindəki yanğın nəticəsində mülkləri zədələnmiş ev və biznes sahibləri adından Kaliforniya Ali Məhkəməsində qaldırılıb.
İddiada bir çox şahidin “Edison”a məxsus ötürücü qüllənin altında yanğının başladığını gördüyü və bunun videolarının sosial mediada paylaşıldığı bildirilib.
“Edison International”ın baş direktoru Pedro Pizarro isə mediaya verdiyi müsahibədə yanğından bir neçə saat əvvəl avadanlıqlarında heç bir anormallıq aşkar edilmədiyini qeyd edib.
Xatırladaq ki, yanğınlarda 24 nəfər həyatını itirib, təxminən 150 min nəfərin isə təxliyəsi barədə göstəriş verilib.
Roza