Bu gün səhər saatlarında Xaçmaz rayonunda çökənkörpü qəzalı vəziyyətdə olmayıb.
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
"Son günlər yağan güclü sel suları nəticəsində dayaq sütunlarının yuyulması qeydə alınıb. Artıq aidiyyatı üzrə rəhbərlik tərəfindən tapşırıq verilib. Günortadan sonra bərpa işlərinə başlanılacaq, ərazidə yeni körpü tikiləcək və yaxın günlərdə yol tam olaraq istifadəyə veriləcək. Müvəqqəti olaraq sürücülər həm Gəndop-Quba yolundan, həm də Qımılqışlaq kənd ərazisindən keçən yoldan istifadə edə bilərlər",- deyə o, əlavə edib.
Qeyd edək ki, intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qudyalçay üzərində yerləşən və 1974-cü ildə inşa edilmiş avtomobil körpüsündə çökməyə səbəb olub.
Milli.Az