05.01.25 | Bakı 8.03° C |
10:06:25
Lent :

Sevgilisinə iş verən baş nazir istefa etdi

06 mar 2024 12:00
GÜNDƏM
ads
Advertisement

Sevgilisinə iş üçün şərait yaratmaqda ittiham olunan Perunun baş naziri Alberto Otarola istefa vermək qərarına gəlib.

Publika.az xəbər verir ki, Otarola mətbuata açıqlamasında prezident Dina Boluarte ilə görüşündən sonra baş nazir vəzifəsindən istefa verdiyini bildirib.

O, Perunun keçmiş prezidenti Martin Vizkarranı günahlandırıb: "Hökuməti sakitləşdirmək üçün bu qərarı verdim. Mən bütün araşdırmalara razıyam və bütün bunların arxasında cənab Martin Vizkarranın olduğuna şübhəm yoxdur. Həyatım və peşəkar karyeram boyunca həmişə əxlaqa və qanunun aliliyinə inanmışam".

Prokurorluq Otarolanın keçmiş həyat yoldaşı ilə telefon danışığının səs yazılarının üzə çıxmasından sonra baş nazirə qarşı korrupsiya iddiaları ilə bağlı ilkin araşdırmaya başlanıldığını açıqlayıb.

Peru mətbuatının məlumatına görə, A. Otarolanın sevgili olduğu qadına dövlət işi verdiyi ortaya çıxıb.

Roza Şəfiyeva


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
135 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
8.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur