Bu gün Gorus şəhərində Ermənistandakı hakim “Mülki müqavilə” partiyasının siyasi toplantısı keçirlib.
Qutb.az xəbər verir ki, 5 saatadək davam edən toplantının ardından “Mülki müqavilə” partiyasının növbəti qurultayının vaxtı açıqlanıb.
Partiyanı parlamentdə təmsil edən deputat Narek Babayan yerli mətbuata bildirib ki, “Mülki müqavilə”nin qurultayı sentyabrda keçiriləcək, amma tarixlə bağlı hələlik konkret məlumat yoxdur.
Deputatın sözlərinə görə, kilsə ilə bağlı məsələlər, həmçinin Paşinyanla Əliyev arasındakı Əbu-Dabi görüşü bugünkü toplantıda müzakirə edilməyib.
“Mülki müqavilə” partiyasının Gorusda keçirilən siyasi toplantısında 200-ə yaxın şəxs iştirak edib.