Avstraliyadan Yeni Zelandiyaya uçan təyyarədə texniki nasazlıq səbəbindən silkələnmə zamanı təxminən 50 nəfər xəsarət alıb.
Publika.az xəbər verir ki, “New Zealand Herald”-ın məlumatına görə, Sidneydən Oklendə yola düşən Çili mərkəzli "Latam" Hava Yollarına məxsus təyyarədə texniki nasazlıq səbəbindən havada güclü silkələnmə baş verib.
Oklend hava limanına enən təyyarədə yaralananlara tibbi yardım göstərilib, 13 nəfər xəstəxanaya çatdırılıb.
"Latam" Hava Yolları tərəfindən verilən açıqlamada "Təyyarə planlaşdırıldığı kimi Oklend Hava Limanına eniş etdi. Hadisədən bəzi sərnişinlər və heyət mənfi təsirlənib" deyilir.
Roza