"Milan"ın və Xorvatiya millisinin sabiq futbolçusu Zvonimir Boban UEFA-nın futbol departamentinin rəhbəri vəzifəsindən istefa verdiyini açıqlayıb.
Publika.az xəbər verir ki, əfsanənin qərarı UEFA-nın əsasnaməsində təşkilatın hazırkı prezidenti Aleksander Çeferinin dördüncü müddətə - 2031-ci ilə qədər vəzifəsində qalmasına imkan verəcək düzəlişlərə qarşı çıxması ilə bağlıdır.
“Mən UEFA prezidenti ilə UEFA İcraiyyə Komitəsinin Hamburqda keçirilən son iclasında yaranan problemlə bağlı danışdım. Təklif Çeferinin fevralın 8-də Parisdə keçiriləcək növbəti konqresdə namizəd kimi iştirakına icazə vermək üçün UEFA-nın nizamnaməsinə dəyişiklik edilməsidir.
Mən metod və təklifin özü ilə böyük narahatlığımı və tamamilə razılaşmadığımı bildirdikdən sonra prezident Çeferin cavab verdi ki, onun üçün heç bir hüquqi və mənəvi-əxlaqi problem yoxdur. Bu, mənim fikrimcə, fəlakətdir”.
Qeyd edək ki, Çeferin son olaraq 2023-cü ildə 4 il müddətinə UEFA prezidenti seçilib. Qurumda növbəti seçkilər 2027-ci ildə baş tutmalıdır.
Heybət